Logo

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

28.03.2024 17:55 97 baxış
IMG

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri açan institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı Ümummilli Lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində soyqırımla bağlı yeni faktlar və sənədlərin toplandığını söyləyib.

Sonra Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri professor Qasım Hacıyev və Ermənişünaslıq şöbəsinin müdiri dosent Elnur Kəlbizadə “Cənubi Qafqazda qırğınlar” mövzusunda məruzə ediblər. Onlar Cənubi Qafqazda baş vermiş qırğınların tarixindən, səbəb və məqsədlərindən danışıblar. Vurğulanıb ki, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı ən ağır və dəhşətli qətliamlardan biri olub.

Xəbər lenti