Logo

Kolumbiya Universitetində Novruz bayramı qeyd olunub - FOTO

26.03.2024 21:55 160 baxış
IMG

ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Nyu-Yorkda, eləcə yaxın ştatlarda yaşayan gənclər iştirak ediblər.

Azərbaycanlı gəncləri bir araya gətirmək, milli adət-ənənələri tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə ölkəmizin mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları təqdim edilib, hədiyyəli müsabiqə keçirilib.

Qeyd edək ki, Azərbaycan-Amerika Gənclər Federasiyası təşkilatı 2023-cü ilin iyul ayında ABŞ-də rəsmi qeydiyyatdan keçib. Təşkilatın məqsədi gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyətini və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.

Xəbər lenti