Logo

Kimya Elmləri üzrə Problem şurasının cari ildə ilk iclası keçirilib - FOTO

15.03.2024 23:47 112 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem şurasının 2024-cü il üçün ilk iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclası Kimya Elmləri üzrə Problem şurasının sədr müavini k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumatlar verib. Bu doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən təklif edib ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Sonra şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildiriblər.

İclasda 2314.01- Neft kimyası, 2391.01 – Ekoloji kimya, 2307.01 – Fiziki kimya, 2303.01 – Qeyri-üzvi kimya və 2304.01 – Makromolekullar kimyası ixtisasları üzrə 7 dissertasiya mövzusu ətraflı müzakirə edilib. Sonda təqdim edilən dissertasiya mövzularının adı 1-i olduğu kimi, 5-i isə redaktə olunaraq, Kimya elmləri üzrə Problem şurasında təsdiq üçün qəbul edilib. Təqdim olunan 1 dissertasiya mövzusunun adı isə qəbul edilməyib.

Xəbər lenti