Logo

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib - FOTO

15.03.2024 15:33 154 baxış
IMG

Martın 15-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Saray təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə institutun əməkdaşları ilə yanaşı, Odlar Yurdu Universitetinin tələbələri də iştirak ediblər. Aksiya iştirakçıları əraziyə həmişəyaşıl ağaclar əkiblər. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dendrologiya İnstitutunda müxtəlif formatlı tədbirlər keçirilir.

Xəbər lenti