Logo

Məktəbli formaları: qiymət, keyfiyyət, əlçatımlılıq - RƏY+FOTOLAR

05.09.2022 09:31 417 baxış
IMG

"Məktəbli formaları ilə bağlı műnasibət birmənalı deyil. Bəzi ekspertler formaların keyfiyyəti və qiymətlərlə bağlı narazılıqlar ifadə edirlər. Bir çoxları düşünür ki, hər şey qaydasındadır, amma məktəbli geyimlərinin bütövlükdə keyfiyyətinin qənaətbəxş olduğunu hesab etmirəm".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, bazarın şərtləri, tələb və təklif məsələsi bəzən öz işini görür: "Bildiyimiz kimi bir milyon şagird məktəbli geyimlərindən istifadə edirsə, bu, böyük bazardır və xüsusilə yeni tədris ilinin əvvəlində məsələ xeyli aktuallaşır. Məktəbli geyimlərinin hesab eləmək olmaz ki, keyfiyyəti birmənalı olaraq yaxşıdır. Qiymətlərlə bağlı isə hesab edirəm ki, bu məsələdə də bəzən sui-istifadə halları var. Bütövlükdə məktəbli formaları bazarına müəyyən qədər nəzarət olunmalıdır. Çűnki məktəbli formalarını satan şəxslər əlbəttə ki, iş adamlarıdır. Onlar istəyəcəklər ki, o qiymətləri baha qoysunlar, daha ucuz mallar təklif etsinlər".

İlqar Orucov qeyd edib ki, məktəbli formalarından istifadə edənlər bizim övladlarımızdır və onların məktəbli formaları keyfiyyətsiz olacaqsa, deməli, biz şagirdlərimizin, məktəblilərimizin sağlamlıqlarına zərbə vurmuş olacağıq: "Bazar kifayət qədər geniş əhatəlidir və bir milyon yarım şagird kontingentinə təxminən bir 5-6 şirkət bu işləri görür. Biz bir neçə il öncə o şirkətlərin rəhbərləri ilə Təhsil Nazirliyi yanında İctimai şurada görüş təşkil etdik, nazirlik rəhbərlərini ora dəvət etdik və bir ictimai dinləmə keçirdik. Məlum oldu ki, əslində xeyli çatışmazlıqlar var. Dizayn məsələsi eledir ki, məktəbli geyimləri gőz oxşayan olmalıdır. Estetik baxımdan yaraşıqlı olmalıdır və bütövlükdə bu şagirdlərdə zövqün formalaşmasına təsir edən acil faktdır".

Gənc alimin sözlərinə görə, digər tərəfdən məktəbli formalarının salonu gigiyenik baxımından keyfiyyətli olmalıdır: "Mən bu istiqamətdə bizim bir neçə ekspertlərlə müzakirə, aparmışam. Onlar birmənalı olaraq bildirirlər ki, burada xeyli sui-istifadə halları var və hər şey yaxşı deyil. Onlar fikirlərini əsaslandırırlar, bəzən ittiamlar edirlər. Mən müşahidə etmişəm ki, bu ittihamlar əslində doğru ittihamlardır. Çox hallarda məktəb rəhbərləri özləri bu şirkətlərlə əlbir olurlar və ucuz qiymətə başa gələn bir məktəbli geyimini məktəb özü sifariş edib deyə iki qat bahasına təklif edirlər. Valideynlər məcburdular ki, o formanı alsınlar. Təsəvvür edin, 1 ailədən 5 şagird məktəbə gedirsə və 5 şagird də forma olacqsa, bu ailənin büdcəsi üçün nə qədər böyük bir yükdür. Valideyinləri mümkün qədər bu yükün altına salmamaq üçün hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, İqtisaydiyyat Nazirliyinə, eyni zamanda digər müvafiq dövlət qurumları müəyyən monitorinq aparıb nəticəyə gəlməlidir Əgər kim sui-istifadə edirsə, təbii ki, onlara qarşı tədbir görülməlidir'.

İ.Orucov bildirib ki, vacib məqamlardan biri də rəqabət műhitinin düzgün olmasıdır: "Bəzən keyfiyyətsiz parçalar dövriyəyə buraxılır. Bir məktəbli geyimini hətta bir tədris ilində belə şagird istifadə edə bilmir. Bu parçanın keyfiyyət məsələsi burada vacib rol oynayır. Əlbəttə, bunlara nəzarət olunmalıdır. Eyni zamanda bilirsiniz ki, Çindən ucuz parçalar gətirib burada müxtəlif sexlərdə gizli şəkildə istehsal edənlər var. Onlar daha çox yarmarkalarda və bazarlarda satılır".

İlqar Orucov Elm və Təhsil Nazirliyinin də məktəbli formaları ilə bağlı məsələlərə maraq göstərməli olduğunu vurğulayıb.

"Şagirdlərimizin sağlamlığı naminə mütləq şəkildə aidiyyəti qurumlar məsələni nəzarətdə saxlamalıdırlar. Elm və Təhsil Nazirliyi bir çox hallarda məktəbli geyimlərinə müdaxilə edə bilmir. Nazirlik bu məsələdə maraqlı olmalıdır ki, şagirdlər üçün geyimləri almaq valideynlərə əlçatan olsun", - deyə İ.Orucov bildirib.

Əsmər Zeynalova

Xəbər lenti