Logo

Azərbaycanın əməkdar xadimi Tofiq Babanlı vəfat edib

10.01.2022 10:22 812 baxış
IMG

Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı vəfat edib.

Tehsil.biz xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqci-müəllim kimi əmək fəaliyyətinə başlayıb. O,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Xəbər lenti