Logo

“Azərbaycan dilçiliyi simalarda” kitabı çapdan çıxıb

01.12.2021 14:00 222 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqovanın “Azərbaycan dilçiliyi simalarda” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, professorlar Qəzənfər Kazımov və Adil Babayevin redaktorluğu ilə nəşr olunan əsərdə dilçiliyin aktual problemləri ilə bağlı araşdırmalar aparan 217 alimin həyat və yaradıcılığı öz əksini tapıb. Nəşrdə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər dilçilik elmini inkişaf etdirən ziyalıların, mühüm dilçilik problemlərini tədqiq edən, dilçilik məktəbi yaradan, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin tədqiqində mühüm rolu olan Azərbaycan alimlərinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Həmçinin Azərbaycanda dilçilik elmini inkişaf etdirən alimlərin yaradıcılığının əsas mərhələləri təhlil edilərək əsas istiqamətləri müəyyənləşdirilir.

“Ön söz”, giriş, “XIX-XX əsrin əvvəllərində Azərbaycan dilçiləri”, “XX-XXI əsrlərdə Azərbaycan dilçiləri” bölmələrindən ibarət kitabın rəyçiləri professorlar İsmayıl Məmmədli və İsmayıl Kazımovdur.

Xəbər lenti