Logo

“Yüksəliş” gənc rəhbər kadrların seçilməsi üçün unikal platformadır – Anar Əliyev

04.07.2025 16:44 48 baxış
IMG

“Yüksəliş” müsabiqəsi yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərinin hazırlanması üçün unikal platformadır.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək.  

“Bu baxımdan “Yüksəliş” müsabiqəsi istedadlı və idarəetmə bacarığı olan şəxslərin üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi ilə bu prosesə mühüm töhfə verir”, – deyə nazir qeyd edib.

Xəbər lenti