Logo

UNEC-in məzunu ABŞ universitetinin təqaüdünü qazanıb

04.07.2025 16:12 51 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının məzunu Rüstəm Diniyev ABŞ-də magistr təhsili və təqaüd hüququ qazanıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Rüstəm Diniyev ABŞ-nin Tennessee ştatında yerləşən Orta Tennessi Dövlət Universitetində (Middle Tennessee State University) "Məlumat sistemləri – layihə idarəçiliyi istiqaməti) üzrə magistratura proqramına qəbul olub və illik 12.000 ABŞ dolları məbləğində təqaüdə layiq görülüb.

Rüstəm Diniyev Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.


 

Xəbər lenti