Logo

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb

30.06.2025 12:25 52 baxış
IMG

Bu il cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin 20 qadın, 1147 kişi məzunu olub. Ümumiyyətlə, bu il ölkədə peşə təhsili müəssisələrində təhsil alan 6292 nəfər qadın, 11274 nəfər kişi peşə təhsilini tamamlayır.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyi TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirib.

Xatırladaq ki, bu il peşə təhsili müəssisələrində “Məzun günü” keçirilir. Bu il 72 peşə təhsil müəssisəsinin 17 566 tələbəsi məzun olub. 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin məzun olan tələbələrinin 1601 nəfəri ilk peşə təhsili, 15571 nəfəri texniki peşə təhsili, 394 nəfəri yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.

Xəbər lenti