Logo

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək

16.05.2025 12:24 149 baxış
IMG

25 may tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, 5 regionda (Gəncə, Şirvan, Şəki, Naxçıvan və Bakı) təşkil olunacaq müsabiqədə 2000-dən çox şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti həftədən etibarən şagirdlər http://kenquru-2025.az/ saytında şəxsi kabinetləri üzərindən buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Eyni zamanda müsabiqənin birinci mərhələsi üzrə elektron formada təqdim olunan iştirakçı sertifikatı və diplomları da şagirdlər şəxsi kabinetlərindən əldə edə bilərlər.

Xəbər lenti