Logo

Türkiyədə universitet əməkdaşları qəzaya uğradı, ölənlər və yaralılar var

02.01.2023 11:03 395 baxış
IMG

Türkiyənin Mardin şəhərində valilik və universitet əməkdaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Tehsil.biz bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzaya avtomobilin idarəetmədən çıxaraq aşması səbəb olub. Hadisənin Midyat-Ömerli avtomobil yolunda baş verdiyi bildirilir.

Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılardan 3-ü Midyat, 2-si isə Mardində xəstəxanalara çatdırılıb.

Xəbər lenti