Logo

Müasir təhsildə müəllimin yeri

02.11.2022 20:02 442 baxış
IMG

Yazıya H.Əliyevin kəlamı ilə başlayaq. Necə söyləmişdi Ulu öndər: "Mən dünyada müəllimdən yüksək ad tanımıram".

Lakin indiki vəziyyətdə müəllimlik peşəsini, müəllimin təhsildə rolunu çox aşağılayıcı vəziyyətə düşürüblər. Burada müəllimləri də qınamaq düzgün deyil. Verilən əmək haqqı indiki vəziyyətdə heç bir müəllimi qane etmədiyi üçün hər bir müəllim, müəllim olmaqdan çıxıb, "Təhsilverən" rolunu oynamağa başlayıb. Bəli, müəllim ilə təhsilverən sözləri arasında çox fərq var. Müəllim yalnızca savad, bilik aşılamır, həmçinin şagirdlərə şəxsiyyət kimi formalaşmağa yardımçı olur. Lakin şagirdə örnək bir insan olmaq üçün ilk öncə müəllim də normal bir həyat tərzi yaşamalıdır, dərs zamanı gələn maaşdan nə qədər qalacağını hesablamalı deyil. Buna görə də ölkəmizin gələcəyi olan gənclərin təhsili kursların, repetitorların ümidinə qalıb. Burada repetitorları günahlandırmaq kimi bir fikir formalaşmamalıdır. Onlar da müəllimdirlər. Amma niyə bir müəllim maaşı çatmır deyə, iş saatından əlavə işləməlidir?

Niyə iş saatı bitəndən sonra özünü inkişaf etdirmək üçün təlimlərə, seminarlara qatılmaq əvəzinə evində və ya kursda hazırlıq keçir ? Təhsildə yenilik etmək üçün ilk öncə şagirdlərə biliyi aşılayanların könlünü xoş tutmaq lazımdır ki, onlar da bütün enerjisi ilə şagirdlərə əsl müəllim olsunlar və təhsilverən rolunu oynayan müəllimi görən şagird gələcəkdə müəllimlik ixtisasına yiyələnmək kimi xəyallar qursunlar. Günümüzün gəncləri "ən axırda da müəllimliyi yazım, boş qalmasın" fikirləri ilə doludur. Niyə kişi müəllimlərin sayı azalır? Səbəbi ortadadır. Müəllimləri peşələrindən soyutmayaq. Onları 8 martda, 5 oktyabrda pul verərək ucuzlaşdırmayaq.  

Dünyanın tanınan şəxsiyyətlərinin müəllimlik peşəsini bu qədər təriflədiyi bir dövrdə ölkəmizdə müəllimlik ikinci bir ixtisas kimi görünür hər kəsin gözündə. Eyni ilə ali təhsil müəssisələrinə nəzər yetirsək, Azərbaycanın dəyərli kapitallarından olan gənclər ölkəni tərk etmək də irarlıdılar və qayıtmayacaqları ortadadır. Sevindirici haldır ki, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində müəllim, dosent kimi elmi vəzifələri icra edirlər. Lakin niyə bu gənclər ölkəmizdə qalıb, öz gənclərimizi mütəxəssis kimi yetişdirmirlər ? Biraz bunun üzərində düşünmək lazımdır.

Biraz da müasir müəllimlərin pis cəhətlərini söyləmək lazımdır. Müəllimlərimiz niyə zəif oxuyan uşaqları sinifdə özünü təcrid kimi hiss etmələrini kömək edirlər ? Niyə hər bir şagirdə bərabərhüquqlu davranmırlar ? Savad cəhətdən yetərli olsalar da, psixoloji cəhətdən yetərsiz müəllimlərin kifayət qədərdir. Hal-hazırda ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarının keçid ballarına baxdıqda, bir-iki universitet xaric, digər universitetlərdə keçid balları həddindən artıq aşağıdır. 200 balı keçən hər bir tələbənin müəllimlik ixtisasını seçməsi nə dərəcədə düzgündür bilmirəm. Diqqət yetirsək, bu hal təkrarlanır. Hər cəhətdən yetərsiz müəllimin yetərsiz şagirdləri də gələcəkdə özlərinə oxşayacaqları qaçınılmazdır. Təkrarlanmağa yol verməyək. Gələcəyimizin gənclərini düzgün şəkildə, düzgün öyrədənlərin olduğu bir mühitdə yetişdirək. Tarixin təkrarlanmaması üçün sistemi düzəltmək lazımdır. Şagirdlərimizi müəllimlərin hazır qaydalarından, düsturlarından qoruyaq.

Onlara əzbərçiliyi öyrətməyin, əziz müəllimlər. Həyatlarını əzbərləməklə keçirən gənclərdən mütəxəssis olmasını gözləmək olmaz. Müəllimin təhsildə rolunu önəmini hər halda anlamış olduq. 

Hər şey gələcəyimiz olan gənclər üçün!

Xəbər lenti