Logo

Dos. İlham Əhmədov:"BİLİK GÜNÜ” təhsilə çağırışdır"

15.09.2021 18:19 373 baxış
IMG

İlham Əhmədov

Bu gün bilik günüdür. Hamınızı bu möhtəşəm bayram münasibəti ilə təbrik edirəm.

Bilik Günü  Azərbaycan  məktəblərində dərslərin başladığı gün olaraq qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Bu bayram həm də islam sünyasının  bayramıdır. Çünki, elmə və təhsilə ən yüksək dəyəri məhz islamdini verib.

Tarix boyu islamda elmə, biliyə yiyələnmək və onutədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.  Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çoxsəhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibiHəzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərföyrədənin köləsi olaram " demişdi.

Bu ilki Bilik bayram əvvəlki illərdəki bayramlardantam fərqlidir. Nəhayət ki, itirilmiş torpaqlarımızıdüşməndən geri aldıq. Qılıncla, topla, tüfənglə yox, Türk qardaşlarımız və digər müttəfiqlərimizin dəstəyiilə elm tutumlu, müasir texnoloji silahlardan istifadəedərək Zəfər çaldıq.

Hərb tariximizdə ilk dəfə, müasir texnologiyalardanistifadə edərək, Möhtəşəm Zəfər çalardıq, Qalib olduq. Şükür!

Dünya hərb tarixində, İslam tarixində bu bir unikalhadisə idi. Bu qələbəni, bu sevinci bizə yaşadanlarınqədrini bilək. Müttəfiqlərimizin dəstəyini unutmayaq!

Nəhayət, elmin, alimin, mühəndisin, texnologiyanınqədrini bilək.

Bəs bilik nədir? Bilik – insanın özü, onu əhatə edənaləm,  bu aləmin amilləri haqqında məlumattoplusudur. Bilik mühəndisliyi baxımından bilikformallaşdırılmış informasiyadır. Bilik praktikifəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmetsahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərəməsələ qoymağa və həll etməyə imkan verir.  Bilik – yaxşı strukturlaşdırılmış verilənlər vəmetaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklərbazası (BB) lazımdır.

Bilik xammaldır, elm isə istehsal sahəsi, texnolojiprosesdir. Bu istehsal sahəsi, bu proseslər həm insanbeynində, həm elmi mərkəzlərdə, həm universitetlərdə, institutlarda ola bilər.

Bilik anlayışı  elm anlayışı  ilə  yaxın əlaqəlidir. Elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldəedilməsinə, dəqiqləşdirilməsinə və yayılmasınayönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətinəsasını elmi faktların toplanması, onların daimayenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və buəsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcəmüşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyənedə bilir.

Elm–1) təbiət və cəmiyyətin inkişafqanunauyğunluqlarını və obyektiv aləmə təsiriüsullarını öyrənən (meydana çıxaran) biliklər sistemivə bu biliklərin ayrıca sahəsi. İnsan biliklərininmüəyyən bir sahəsi. Məsələn, elmlə məşğul olmaq, həyatını elmə sərf etmək, oxumaqla əldə edilən bilik, məlumat. Bəzən savad, məlumat mənasında. Elmilik – elmi olma, elmə əsaslanma, elmi mahiyyət daşıma. Məsələn, nəticələrin elmiliyi, sübatların elmiliyi. Elmli– təhsil görmüş, təhsil almış, təhsilli, oxumuş, ziyalı; 2) insanın əməli və nəzəri fəaliyyətinin spesifik sahəsi; ictimai şüur formalarından biri. Elmin cəmiyyətinməhsuldar qüvvələrinin inkişafına və ictimai həyatınmüxtəlif sahələrinə təsirinin sosial nəticələrimühümdür. Elm həmçinin təbiət, cəmiyyət vətəfəkkürün inkişaf qanunları haqqında biliklərsistemidir.

Elm həm də köhnə biliklərdən yeni biliklər, innovasiyalar yaratma prosesidir. Bu yeni bilikləriyaratmaqla birgə, həm də bu biliklərikommersiyalaşdıra bilsək, transfer edə bilsək gözəlolar. Yeni bilikləri nə vaxtsa dünya bazarındakırəqabətədavamlı mühitdə sata bilsək, deyərdik ki, baxindi müstəqilliyimiz əbədidir. Özümüzü dünyanın elm məkanında yaxşı mənada tanıda bilsək, biliklərəəsaslanan iqtisadi sferada tərəqqimiz mümkün olar! Onda, deyə bilərik ki, "nə mutludur azərbaycan dövləti, xalqı, elmi, alimi". İn şə Allah o gün də gələr.

Amma bundan ötəri elm və təhsilimizə xüsusi dəyər, diqqət verməliyik, bu sahələrin büdcəsini dəfələrləartırmalıyıq. Bu günə qədər olan büdcə ilə heç nəetmək mümkün olmadı, mümkün ola da bilməzdi.

"Elmə, təhsilə, alimə lazımi dəyər verməyən ölkələrinkişaf edəcəklərinə ümid etməsinlər" (Volter).

Həm də bu sahədə olan kadr siyasətini cidditəkmilləşdirməliyik. Çörəyi pinəçiyə yox, məhzçörəkçiyə verməyə ağlımız, fərasət, bəsirətimizolmalıdır.

Tokio olimpiadasındakı biabrçılıq bir daha göstərdi ki, idmana, əyləncəli festivallara, mənasız şoulara qoyulanmilyardlar küləklə getdi, səhrada itdi. İdmana ümidolan ölkə ac qalar, düzdə qalar, müflis olar.

Qarabağ Zəfərimiz isə göstərdi ki, elmə, texnologiyayaqoyulan pullar 100 qat artıqlaması ilə geri dönür.

QÜVVƏT ELMDƏDİR, BAŞQA CÜR HEÇ KƏS,

HEÇ KƏSƏ ÜSTÜNLÜK ELƏYƏ BİLMƏZ!

BİLİK gününüz MÜBARƏK!

Xəbər lenti