Heydər Əliyev adına liseyin müəllimi Hökümə Xələflinin “Vətənimin nadir və nəsli kəsilməkdə olan bitkiləri” eTwinning layihəsi üzrə Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlığı ilə onlayn görüş keçirilib. Keçirilən görüş zamanı Azərbaycan və Türk məktəbliləri üçün virtual muzey səfəri baş tutub.
Muzey əməkdaşları tərəfindən layihənin tərkib hissəsi kimi maarifləndirici xarakter daşıyan "Yun sapların təbii bitkilərdən alınan boyalarla rənglənməsi" mövzusunda mühazirə dinlənilib və müzakirələr aparılıb.
Görüşdə Azərbaycandan Heydər Əliyev adına lisey, Xəzər rayonu 181 nömrəli məktəb, Türkiyədən Karesi, Atatürk İlkokulu, İstanbul Şehit Mikayıl Candan ilkokulunun müəllim və şagirdləri iştirak ediblər.