İlk dəfə Ağdam rayon Sarıcalı, Ağdərə rayon Həsənriz, Suqovuşan kənd və Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəblərdə VI siniflərin monitorinqi keçirilib.
Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Monitorinqdə 9603 şagird iştirak edib.