Logo

“Göygöl Milli Parkının dendroflorası” kitabının təqdimatı olub

22.05.2024 17:15 146 baxış
IMG

Göygöl Milli Parkında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Göygöl Milli Parkının Dendroflorası” kitabının təqdimatı olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru dosent Minarə Həsənova illərdən bəri Göygöl Milli Parkının dendroflorasının öyrənilməsi məqsədilə çoxsaylı ekspedisiyalar, çöl marşrutları təşkil edilməklə tədqiqatlar aparıldığını söyləyib. Qeyd edib ki, Göygöl Milli Parkının ətraf ərazisinin təbii bitki örtüyünün taksonomik tərkibi araşdırılıb, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri öyrənilərək relikt, endemik nadir və nəsli kəsilməkdə olan bitkilər təhlil edilib.

Sözügedən vəsaitdə bitkilərin Azərbaycanda yayılması, bоtaniki təsviri, ekоlоgiyası, istifadə perspektivliyi haqqında məlumatlar verilib.

Qeyd edək ki, oxucuya 38 fəsiləyə, 79 cinsə aid 229 növ ağac və kol bitkiləri haqqında məlumat verilir. Təqdim olunan bu kitab botaniklər, ekoloqlar, dendroloqlar, geobotaniklər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevənlər üçün nəzərdə tutulub. Kitabda olan elmi məlumatlar çoxillik elmi tədqiqat işlərinin məhsuludur.

Xəbər lenti