Logo

“İqlim dəyişmələri üzrə xülasə” kitabçası nəşr olunub

14.06.2024 11:33 161 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədovun birgə tərtib etdikləri “İqlim dəyişmələri üzrə xülasə” kitabçası nəşr olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik” ilinə və COP29-a həsr olunmuş kitabçada iqlim dəyişmələri sahəsində son 200 ildə baş verən proseslər, karbon-dioksid və digər istilik effekti yaradan qazların emissiyaları barədə proqnozlar verilib. Nəşrdə iqlim dəyişmələrinin təzahürləri, mitiqasiya və adaptasiya tədbirləri, iqlim dəyişmələrinə qarşı azkarbonlu və resursqənaətedici texnologiyaların tətbiqi, alternativ enerji növlərindən istifadə məsələləri öz əksini tapıb. Kitabçada, həmçinin təmiz enerji sahəsində qabaqcıl beynəlxalq təcrübədən nümunələr gətirilib.

Kitabça geniş oxucu kütləsi üçün məlumatlandırıcı vəsait kimi nəzərdə tutulub.

Xəbər lenti