Logo

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb

15.04.2024 13:49 161 baxış
IMG

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 60-cı nömrəsi çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə nəşr edilən jurnalın bu nömrəsində maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür.

Toplunun bu nömrəsində institut əməkdaşlarının “Firidun bəy Köçərli və erməni plagiatı”, “Dədə Qorqud” dastanında hipotezlər”, “Aşıq Ələsgər və Səməd Vurğunun lirikasında gözəllik meyarı”, “At kultu-öyümü təsvir və ifadə vasitələrində”, “Repressiya olunmuş Azərbaycan aşıqları”, “Zərbi-məsəllərin görünməyən üzü”, “Azərbaycan nağıllarında xalça motivi”, “A.Zaxarovun naşiri olduğu Azərbaycan nağılları”, “Güney Azərbaycanda aşıq sənəti: ənənə və çağdaşlıq” sərlövhəli məqalələr yer alıb. Yeni nömrədə “Kitabi-Dədə Qorqud”da döyüş mərasimləri”, “Aşıq Qərib” dastanı: milli-mənəvi dəyərlər qaynağı”, “Qarabağ bayatılarının mifoloji-epik semantikası”, “Dədə Qorqud kitabı”nda doğuluşla bağlı inanclar”, “Qarabağ folklorunda bayatı janrı situativ reallığın bədii ifadəsi kimi”, “Mifik-real personajlarla zəngin nağılların rus dilinə tərcümə xüsusiyyətləri” və “Yazılı ədəbiyyatda mərasim folklorunun əksi” başlıqlı məqalələr də təqdim olunub. Bundan başqa, “Qazax alimlərindən türkologiyaya qiymətli töhfə” və “Qazax ailə-mərasim folkloru haqqında fundamental tədqiqat” resenziyaları oxucuların ixtiyarına verilib.

Qeyd edək ki, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunda məqalələr DOI indeksi ilə dərc olunur.

Xəbər lenti