Logo

Nobel mükafatı laureatı vəfat etdi

28.03.2024 00:11 118 baxış
IMG

ABŞ-də yaşayan israilli psixoloq, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı “The Washington Post”a övladlığa götürdüyü qızı təsdiqləyib.

Alim davranış iqtisadiyyatının banilərindən biri olmaqla yanaşı, qeyri-müəyyənlik və risk şəraitində qərarların qəbul edilməsini təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.

Daniel Kaneman 5 mart 1938-ci ildə Təl-Əvivdə anadan olub və 2002-ci ildə “psixoloji tədqiqatların iqtisadiyyata inteqrasiyasına” görə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Xəbər lenti