Logo

Türkiyədə “Mədəniyyət yolu” festivalına hazırlıq başa çatıb

27.03.2024 16:47 146 baxış
IMG

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilk tədbiri Adana şəhərində keçiriləcək karnaval olacaq “Mədəniyyət yolu” festivalına hazırlıq işlərini yekunlaşdırıb.

Tehsil.biz xəbər verir ki, festivalın proqramı Türkiyənin 16 şəhərində altı minə qədər müxtəlif tədbirin təşkilini nəzərdə tutur.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy jurnalistlərə bildirib ki, “Mədəniyyət yolu” festivalı artıq dördüncü ildir keçirilir və onun 2024-cü il proqramı 8 ay müddətinə nəzərdə tutulub.

Mehmet Ersoyun sözlərinə görə, budəfəki festivalda təkcə Türkiyədən deyil, həm də xaricdən 40 min mədəniyyət xadiminin iştirakı nəzərdə tutulur və onlar 600-ə yaxın teatr və konsert salonunda səhnə alacaqlar.

“Proqramın ilk mərhələsi aprelin 13-dən 21-dək Adanada keçiriləcək “Portağal çiçəkləri” karnavalı olacaq. Bunun ardınca Şanlıurfa, Bursa, Samsun, Trabzon, Van, Nevşehir və digər şəhərlərdə tədbirlər keçiriləcək”, - deyən nazir Ankara və İstanbulda mədəniyyət proqramının sentyabrın sonuna planlaşdırıldığını bildirib.

Xəbər lenti