Logo

Argentinada 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılacaq

27.03.2024 12:34 132 baxış
IMG

Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət qulluqçusunu işdən çıxarmağı planlaşdırır.

Tehsil.biz “La Politica Online” portalına istinadən xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley bunu Latın Amerikası İqtisadçıları Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

“Biz 50 min dövlət qulluqçusunu işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Hazırda müqavilələrin sayı azaldılır və yaxın vaxtlarda 70 min müqavilə ləğv ediləcək”, - deyə Xavyer Miley bildirilib.

Portalın məlumatına görə, hökumət müddəti martın 31-də başa çatan on minlərlə müqaviləyə xitam vermək niyyətindədir.

Xəbər lenti