Logo

Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb

18.03.2024 22:12 173 baxış
IMG

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda məktəbliləri daşıyan avtobus tarlaya aşıb.

Tehsil.biz “TRT haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü və avtobusdakı 14 şagird yaralanıb.

Yaralılar Pazarcık Dövlət Xəstəxanasına çatdırılıb.

Xəbər lenti