Logo

Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb

16.03.2024 18:26 122 baxış
IMG

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Görüşdə Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizədə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Xəbər lenti