Logo

MEK-də Gənclər Gününə həsr olunan virtual sərgi hazırlanıb

02.02.2023 20:43 233 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” gənc alimlərin elmi konfransının materialları, “Prezident İlham Əliyev və idmanımızın 5 ili”, “Gənc riyaziyyatçılara kömək”, “Gələcək gənclərindir”, “Gənclik və zaman”, “Gəncliyin fəlsəfəsi”, “Gənclik dostlarım”, “Gənc qvardiya” və s. nəşrlər yer alıb.

Kitablarda Ümummilli Lider Heydər Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Fərman, Dahi Liderin müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdəki çıxışları, nitqləri və təbrikləri, 2003-cü ilin oktyabrından bu günədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafı ilə bağlı məqsədyönlü və ardıcıl fəaliyyəti əksini tapıb. Nəşrlərdə gələcəyimiz olan gənclərin təlim-tərbiyə edilməsi yolları, o cümlədən gənc alimlərin elmi konfranslardakı çıxışları yer alıb.

Xəbər lenti