Logo

BDU aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

10.06.2021 14:31 386 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə Web of Science Clarivate Analitics elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

 

“Induction of proteome changes involved in biofilm formation of Enterococcus faecalis in response to gentamicin” (“Gentamisinin təsirinə cavab olaraq Enterococcus faecalis bakteriyasında bioplyonkanın əmələ gəlməsində iştirak edən proteome dəyişiliklərin induksiyası”) adlı məqalə Microbial Pathogenesis (İF- 2.581; Q2 kvartil) jurnalında çap olunub.

 

Məqalədə  Enterococcus faecalis bakteriyası endokardit, bakteriemiya, sidik yollarının infeksiyası və digər xəstəxanadaxili infeksiyaların aktiv törədicisi olduğu qeyd edilib. Bu bakteriya bioplyonka əmələ gətirməklə proteom (zülal) tərkibini dəyişir, nəticədə  özünü antibiotiklərin təsirindən qoruyur və patogenliyini artırır.

 

Tədqiqatın əsas məqsədi E.faecalis bakteriyasında proteom dəyişiliklərin baş verməsində və bioplyonkanın əmələ gəlməsində qentamisinin təsirinin qiymətləndirilməsi olmuşdur. Tədqiqat üçün 25 bakteriya ştamı götürülmüş və müəyyən edilmişdir ki, gentamisinin təsirindən ştamların 65 faizində zülalların sintezi intensivləşmiş və bioplyonkanın əmələ gəlməsi sürətlənmişdir. Alınan nəticələr göstərmişdir ki, bəzi antibiotiklər bioplyonkanın əmələ gəlməsini törətməklə (induksiya etməklə) mikrobların patogenliyini artırır və onların müalicəsini cətinləşdirə bilir.

 

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

 

https://doi.org/10.1016/j.micpath.2021.105003

Xəbər lenti