Logo

Hikmət Hacıyevin təhsil yolu

15.10.2020 12:49 1001 baxış
IMG

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.

 

Hikmət Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub.

 

Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində tam ali təhsil alıb.

 

NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.

 

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdə və Misirdəki səfirliklərində çalışıb.

 

H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində işləyib.

 

 “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

 

29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Rus, türk, ingilis və fransız dillərini bilir.

 

Ailəlidir, iki övladı var.

Xəbər lenti