Logo

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

06.05.2025 15:34 49 baxış
IMG

30 aprel 2025-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 57-ci Beynəlxalq Kimya Olimpiadasına (IChO2025) seçmə imtahanı təşkil olunub. 

TƏHSİL.BİZ  xəbər verir ki, seçmə imtahanında IX, X və XI siniflər olmaqla, ümumilikdə 18 nəfər şagird iştirak edib və yekun nəticələrə əsasən onlardan 4 şagird 57-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.

Belə ki, Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdləri Murad Xəlilzadə, Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Rizvan Əsədov olmaqla ümumilikdə 4 şagird ölkəmizi təmsil edəcək.

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

 

 

 

 


 

Xəbər lenti