Fransanın şimal-şərqində 30-a yaxın təhsil müəssisəsi bomba təhlükəsinə görə bağlanıb.
Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bəzi məktəblərdə şagirdlər təxliyə edilib.
Məlumata görə, daxili poçt sistemi vasitəsilə təhdid mesajları ən azı 30 təhsil müəssisəsi tərəfindən alınıb.
Mesajlarda məktəblərin bombalandığı bildirilib, naməlum şəxs “bütün binanı partlatmaqla” hədələyib.
Qeyd olunub ki, ötən həftənin sonunda 150-dən çox Fransa məktəbi bomba hədəsi alıb.