Logo

Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunmuş seminar keçirilib

18.03.2024 19:47 181 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunmuş seminar keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, elmi seminarda çıxış edən institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlardan danışıb.

Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər komitəsinin üzvü, tanınmış siyasi icmalçı Sahib Alıyev “Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas problemləri” mövzusunda məruzə edib.

Sonda müzakirələr aparılıb. İnstitutun elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Elmi seminarda institutda istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.

Xəbər lenti