Logo

“Dədə Qorqud” jurnalının 83-cü nömrəsi çapdan çıxıb

15.03.2024 14:42 136 baxış
IMG

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 83-cü nömrəsi çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr və Azərbaycan folklorundan yeni nümunələr beş bölmədə öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında “Kitabi-Dədə Qorqud” dastanında bioqrafik zaman”, “Kitabi-Dədə Qorqud” eposunun qadağan edilməsi, onun səbəbləri və “bəraət” alması” və “Kitabi-Dədə Qorqud”dakı nəsr parçalarında ritm və intonasiyanın rolu” məqalələri oxucuların ixtiyarına verilib.

Jurnalın digər bölməsində “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində azsaylı xalqlar”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində folklor məsələləri” və “Aleksandr Baqri və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” mövzularında tədqiqatlar yer alıb.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında “Azərbaycan uşaq nağıllarının poetik strukturu, təsnifatı və funksional özəllikləri”, “Goroğlu” – türkmən eposu Azərbaycan dilində”, “Uşaq folklorunun səciyyəvi xüsusiyyətləri”, “Hüseyn Cavidin “Səyavuş” faciəsində obrazların mifopoetikası”, “Azərbaycan transformativ paremioloji vahidləri”, “Ozanlıqdan-dədəliyə, dədəlikdən-aşıqlığa gedən saz-söz sənətinin xəritəsi”, “Nizami Gəncəvi yaradıcılığında toy və yas mərasimlərinin təsviri”, “Türk etnomifoloji düşüncəsində insan-təbiət münasibətləri”, “Repressiya qurbanlarının “Qaçaq Nəbi” mövzusuna baxışı”, “Fuad Köprülünün tədqiqatlarında mərasim folkloruna elmi-nəzəri münasibət”, “Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərində işlənən atalar sözləri və məsəllər, paremioloji vahidlər” başlıqlı məqalələrlə tanış olmaq mümkündür.

“Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında Xınalıqdan toplanılan folklor örnəkləri təqdim olunub, “Türk xalqlarının folklorundan yeni nümunələr” rubrikasında isə “Goroğlu” – türkmən eposunun “Goroğlunun doğulması” qolu verilib.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Xəbər lenti