Logo

“Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək

23.06.2022 16:15 252 baxış
IMG

İyulun 13-də AMEA-nın Folklor İnstitutunda Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyinə həsr edilən “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək.

Tehsil.biz xəbər verir ki, konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə xülasələrini iyulun 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə iyulun 5-nə qədər elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Xəbər lenti