Logo

Rektor: “Azərbaycan" qəzetinin tam külliyyatını 20 cilddə çap edəcəyik”

04.03.2022 17:10 305 baxış
IMG

ADA Universitetində 1918-1920-ci illərdə çap edilmiş "Azərbaycan" qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş "Vətən dili" dərsliyinin latın qrafikasında nəşrlərinin təqdimatı keçirilib.

Tehsil.biz  APA-ya istinadən xəbər verir ki, Universitetin rektoru Hafiz Paşayev deyib ki, Azərbaycan tarixi hələ yaxşı öyrənilməyib. Onun sözlerinə görə ADA Universitetinin mühüm bir missiyası tarixi qorumaqdır:

"ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatını 20 cilddə çap edəcəyik. Hələlik cəmi iki cild hazırdır. I cild 1918- cilin sentyabr-oktyabr dövründə nəşr edilən “Azərbaycan” qəzetinin materiallarını özündə ehtiva edir. İkinci cild isə 1918-ci il noyabr ayı əhatə edir".

Rektor deyib ki, hər iki cild filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya edilib. Elmi redaktor isə akademik Teymur Kərimlidir.

Tədbirdə həmçinin transliterasiya edilən "Vətən dili" kitabının da təqdimatı olub. Qeyd edilib ki, A.O.Çernyayevski (1882) və A.O.Çernyavevski, S.H.Vəlibəyov (1888) kitabları bir bir cilddə toplanıb.

ADA Universitetinin sifarişi ilə hazırlanan kitab dərsliklərin orijinal dilini qoruyub saxlamaqla müasir Azərbaycan dilinə uyğunlaşdırılıb.

Xəbər lenti