Logo

"Hələ də təhsil sisteminin tətbiqində məsul olanlar anlamır ki..."

10.12.2021 14:15 721 baxış
IMG

"Dünya təhsil proqramlarının ağırlığını, tapşırıqları azaldır ki, şagird, tələbə basqı altında qalmasın, yaşam tərzini müəyyən etsin, yaşının tələb etdiyi həyatı yaşasın".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə, bizdə isə şagirdlərə, tələbələrə o qədər dərs yüklənir, tapşırıq verilir və lazım olmayan biliklər aşılanır ki, onlar sadəcə nəfəs alıb-verən canlı orqanizm təsiri bağışlayırlar, vaxtsız qocalırlar.

"Hələ də təhsil sisteminin tətbiqində məsul olanlar anlamır ki, təhsilalana yalnız lazımi biliklər verilməlidir. Hər birimiz çox gözəl bilirik ki, nə orta, nə orta ixtisas, nə də ali məktəbdə bizə tədris olunanların hamısını real həyata tətbiq edirik", -deyə təhsil eksperti qeyd edib 

Fəqan Əzimli

Xəbər lenti