Logo

Dendrologiya İnstitutu ilə Gəncə Nəbatat Bağı arasında müqavilə imzalanıb

29.04.2024 17:16 184 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Gəncə Nəbatat Bağı arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, müqavilədə hər iki müəssisənin Abşeron dendroflorasının və Azərbaycan florasının biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına, nəticələrdən birgə istifadəyə dair əməkdaşlığı nəzərdə tutulub.

Xəbər lenti