Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

26.10.2021 18:03 211 baxış
IMG

26 oktyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasın gündəlik məsələsi kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

2 noyabr 2021-ci il tarixində müzakirə davam etdiriləcək.

Xəbər lenti