Logo

“Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil edilib

16.07.2021 20:11 97 baxış
IMG

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı övladları üçün “Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil olunub.


Tədbir çərçivəsində at və qayıq gəzintisində iştirak edən uşaqlar, həmçinin müxtəlif öyrədici və inkişafetdirici oyunlar oynayıb, əyləncəli şou proqramlar izləyiblər.


Tədbirin məqsədi şəhidlərimizin əmanəti olan azyaşlı uşaqların mənəvi inkişafına, eləcə də onların sosial həyatda aktiv iştirakına dəstək göstərməkdir.

Xəbər lenti