Logo

Coğrafiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzurun turizm və rekreasiya ehtiyatlarını tədqiq ediblər

16.09.2025 17:12 41 baxış
IMG

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində ekspedisiyada olublar.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, ekspedisiyanın əsas məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunun turizm və rekreasiya potensialının müəyyən edilməsidir. Tədqiqat zamanı regionun cəlbedici turizm obyektlərinə baxış keçirilib, onların turizm üçün əhəmiyyəti öyrənilib. Müalicəvi Qotursu bulağı, Bədəl bulağı, Oxçu çayı, Həkəri çayı, XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi, yeni arxeoloji qazıntı yeri olan qədim Hamam, Zəngilan Konqres Mərkəzi, “Ağalı” hoteli, “DOST Aqropark”ı və digər turizm obyektləri ilə yanaşı, tarixi yaşayış yerləri, dağıdılmış və xarabalığa çevrilmiş yaşayış məntəqələri araşdırılıb, onların dayanıqlı turizm təsərrüfatında rolu müəyyən edilib.

Tədqiqat prosesində əldə olunan materiallar əsasında təbii-turizm xəritəsinin hazırlanması nəzərdə tutulub.

 

Xəbər lenti