Logo

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16.09.2025 17:10 49 baxış
IMG

2025-2026-cı tədris ili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 30 qrupda 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseylərində 14 yeni ixtisas yaradılıb.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 27 adda 35 ixtisas üzrə 700 yerlik qəbul planı tərtib olunub və 3 müəssisə üzrə 462 tələbə peşə təhsilinə cəlb olunub.

Xəbər lenti