Logo

Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbələri ilə görüşüb

19.05.2025 11:05 35 baxış
IMG

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək "Cinayət məsuliyyətindən və cəzadan azadetmə" mövzusunda mühazirə (ustad dərsi) deyib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, praktiki bilik və bacarıqların artırılması məqsədi daşıyan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Mühazirə Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 18 dekabr 2024-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.

Müvafiq mövzularda mühazirələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

 

 

 

 


 

Xəbər lenti