Logo

Azərbaycan Universiteti və İstanbul Beykent Universiteti arasında memorandum imzalanıb

12.05.2025 16:21 86 baxış
IMG

Azərbaycan Universiteti ilə Türkiyənin İstanbul Beykent Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, memoranduma əsasən tərəflər arasında müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, birgə layihə və elmi tədbirlərin təşkili, o cümlədən birgə elmi tədqiqatların aparılması və bu kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Memorandumun imzalanması mərasimindən əvvəl tərəflər arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüş keçirilib. Görüşdə Azərbaycan Universitetini rektor Səadət Əliyeva, elmi işlər üzrə prorektor riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Beykent Universitetini isə rektor Vural Öngel, universitetin Himayədarlar Şurasının sədri Erkan Çelik, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybala Yavuzarslan və Tələbələrlə iş üzrə koordinator Serhat Butur təmsil edib.

Görüşdə rektorlar Səadət Əliyeva və Vural Öngel rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tarixi, fəaliyyəti, tədrisi aparılan ixtisaslar və beynəlxalq akkreditasiyadan keçən ixtisaslar, beynəlxalq əlaqələr və əməkdaşlıq, elmi aktivlik, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat veriblər. İkili diplom proqramlarının yaradılması və bu kimi qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə tərəflər stratejik hədəflərini də diqqətə çatdırıblar.

Memorandumu Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Beykent Universitetinin rektoru professor Vural Öngel imzalayıb.

Xəbər lenti