Logo

BDU-da astronomik müşahidə günü

12.05.2025 12:33 96 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə astronomik müşahidə günü keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov teleskopla səmanın müşahidəsi və teleskopun qurulması ilə bağlı məlumat verib.

Sonra tələbələr teleskop vasitəsilə Yerin peykini müşahidə ediblər.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Astronomiya dərnəyinin rəhbəri və Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev dərnəyin fəaliyyət istiqamətləri haqqında tələbələri məlumatlandırıb. O, tələbələri Astronomiya dərnəyinə üzv olmağa dəvət edib.

Xəbər lenti