Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

06.12.2022 14:01 171 baxış
IMG

Dövlət İmtahan Mərkəzində dekabrın 5-də Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki fənn üzrə iclasda gündəlik məsələ tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilmiş və açıqlanmış bir test variantının müzakirəsi olub.

Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlil edilib. 

Təhlil nəticəsində tapşırıqların hər birinin müvafiq fənn kurikulumlarının təlim nəticələrinə, qüvvədə olan dərsliklərə uyğunluğu, bilik və bacarıqları obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti