Logo

"Son illər təhsilin büdcəsi artsa da, keyfiyyəti artmadı" - İlham Əhmədov

09.12.2021 09:05 1045 baxış
IMG

"2013-cü ildən sonra Təhsil Nazirliyi sistemində təhsil mütəxəssisləri qeyri-peşəkarlarla əvəz edilməyə başlandı".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, hətta məktəb direktorlarının  pedaqoji təhsili və təcrübəsi olmayanlardan təyin edilməsi halları da çoxalıb:

"Təhsil Şöbələrinin müdirləri arasında da belələri çoxdur. Aparılan struktur islahatları,  o cümlədən "ərazi maliyyə idarələri"nin peyda olmasının təhsilin keyfiyyətinə təsiri olmadı. Son illər  nazirlərin, nazir müavinlərinin,  müşavirlərin,  bəzi şöbə müdirlərinin  təhsil təcrübəsi olmayanlar içərisindən təyin edilməsi ölkədə təhsil mühitini  "universal  menecer"lər komandası tərəfindən dağıdılmasına səbəb oldu".

İlham Əhmədov bildirib ki, əgər əvvəlki illərdə təhsilin məzmunu dağıdılmışdısa, son 8 ildə təhsildə insan resurslarının, kadr potensialının dağıdılması müşahidə edildi:

"Son illər təhsilin büdcəsi artsa da, keyfiyyəti artmadı. Hesab edirəm ki, 2013-cü ildən sonra Təhsil Nazirliyində gedən proseslər ümidləri doğrultmadı, çətin durumda olan təhsilimiz daha da çətin duruma düşdü. İllər ərzində, mərhələlərlə  məzmunu və idarəedicilərinin potensialı zəiflədilən, pedaqoji tələblərə cavab verməyən təhsil sistemini işlər belə davam edərsə, xilas etmək deyəsən mümkün olmayacaq".

Fəqan Əzimli

Xəbər lenti