Logo

"Uşaqlarımın məktəbində 16 nəfər koronavirusa yoluxub" - Sevda

19.10.2021 08:52 220 baxış
IMG

Müğənni Sevda Sanəliyevanın övladı Elgünün təhsil aldığı 20 nömrəli məktəbdə dərslər dayandırılıb.

Tehsil.biz axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, övladının təhdilinə görə narahatdır:

"Məktəb 14 günlük karantinə bağlanıb. Yəni uşaqlarımın oxuduğu məktəb, digərlərini bilmirəm. Bu uşaqların savadı necə olacaq, bilmirəm".

Sevda Axşam.az-a açıqlamasında "Bir həftədir uşağı məktəbə aparmırdım, xəstə idi. Qızımın da, oğlumun da müəllimi yazdı ki, məktəb bağlanıb. Mənim uşağımın dərs keçdiyi sinifdə başqa uşaq və bir müəllimə koronavirusa yoluxub. Onların olduğu otaqda başqa qrup da dərs keçir. Onların sinifində isə bir valideyn virusa yoluxub. Deyiblər ki, məktəbdə ümumilikdə 16 nəfər koronavirusa yoluxub, ona görə də dərs dayandırıldı" sözlərini söyləyib.

Xəbər lenti