Logo

“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir

02.08.2021 14:17 415 baxış
IMG

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.

 

Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

- Ali təhsil;

- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

- "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;

- Təşkilatçılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;

- Yaş həddi: 27-45 yaş arası.

 

Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Sözügedən layihədə iştirak edərək yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə bilərsiniz.

 

Namizədlər öz CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...

 

Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.

https://cutt.ly/ymDZwW6

Xəbər lenti