Logo

Rentgen vizuallaşdırma sahəsində inqilab yaradan şəxs

31.05.2021 08:12 352 baxış
IMG

Anatomik nöqteyi nəzərindən əl çatılmayan strukturların vizuallaşdırılması üçün matrisdən istifadə fikri daha əvvəl elektron mikroskop, radio-astronomiya, radioizotop beyin skanlayıcısı kimi sahələrdə istifadə edilmişdir.

 

1961-ci ildə neyroloq Oldendrof kəllə qutusu daxilindəki müxtəlifliyi bir kəsikdə göstərmək imkanına malik sistemdən bəhs etmişdir, lakin bu fikri realaşdırma imkanın malik olmamışdır. Daha sonra 1971-ci ildə Avstraliyalı riyaziyyatçı Radon riyazi üsullarla üç ölçülü obyektlərin qurula biləcəyini, Cənubi Afrikalı nüvə fiziki Allan M. Cormack 1955-ci ildə “bədən strukturunda qeyri homogen materiallardan rentgen və ya qamma şüaları ilə əldən edilən informasiyaların lazımi səviyyədə olmadığını söyləmişdirlər. A.M. Cormack-ın söylədiyi bu fikir onu rentgen şüalarının udma dərəcəsini araşdırmağa sövq edirdi. Bütün bu tədqiqatlar praktikada istifadə edilə biləcək bir sistemə çevrilə bilməmişdir. 


İngilsi elektronika mühəndisi Godfrey N. Hounsfield 1967-ci ildə EMİ şirkətinin laboratoriyasında “kompüterli idarəetmə” ilə əlaqədar tədqiqat işlərinə başlamış idi. Əsas məqsədi “bir strukturdakı informasiyanı qəbuletmə, informasiyanın bir yerdən digərinə daşınması, kompüterdə informasiyanın saxlanılması meotdlarının” effektiv həll edilməsi idi. Tədqiqat prosesində Godfrey N. Hounsfield bir çox sahədə xeyli miqdarda əldə olunan informasiyanın bu informasiyanı meydana çıxan texniki metodların zəifliyi səbəbilə itdiyini müşahidə etmişdir. Bele texniki metodlardan biri də konveksional rentgen tomoqrafiyasıdır. Çünki bu metod da üçölçülü bədəndən keçən rentgen şüaları iki ölçülü təsvirə köçürülərkən bütün toxumalar öndən arxaya üst-üstə düşür, ancaq digərlərindən strukturca fərqlənən toxumaları fototəsvirdə ayırd etmək mümkündür. 


Godfrey N. Hounsfield 1967-1971-ci illərdə apardığı tədqiqatlar ilə bir orqana böyük miqdarda verilən rentgen şüalarından toxumanın kiçik vahidlərinin tutduğu rentgen şüa fotonlarını hesablayan və rəqəmsal qiymətlərlə orqanin riyazi təsvirini formalaşdıran sistemin qurulmasında nail oldu. Bu sistemdə konveksional rentgenoqrafiyadan fərqli olaraq foto həssas lövhələr deyil,  rentgen şüalarına həssas kristal dedektorlardan istifadə fikri ortaya qoyuldu.

 

Əlbəttə kristal dedektorlardan əldə olunan informasiyalar mürəkkəb riyazi əməliyyatlara məruz qalir ki, bunun da realizasiyasını kompüter həyata keçirəcəkdir. Tomoqrafik əsaslarla orqan kəsiklər halında şüalandırıldıqdan sonra təsvirlərin riyazi analizi nəticəsində orqanin üçölçülü təsviri əldə olunur. 


Godfrey N. Hounsfield əldə etdiyi möhtəşəm bu uğurunun 1969-cu ildə Londan Atkinson-Morlys xəstəxanasında radioloq James Ambrose ilə birgə fəaliyyəti nəticəsində olduğunu söyləyə bilərik. Elə məhz ilk kompüterli tomoqrafiyanı klinikada istifadə edən də J. Ambrose olmuşdur. O, 1 oktyabr 1971-ci ildə 41 yaşlı qadın xəstədə sol frontal şişin ətraflı təsvirini əldə etdi. J. Ambrose bu anı belə qeyd edirdi: Hounsfield və mən qalibiyyət qolunu vuran futbolçu kimi havalara uçduq.


Radiodiaqnostika yeni mərhələ açan bu metod 19 aprel 1972-ci ildə “British İnstitute of Radiology”-nin illik konqresində, 1972-ci ilin oktyabrında Chicago-da təşkil olunan “Radiological Society of Noth America” konqresində iştirakçılar təəccüb hissi ilə ayaqda alqışladılar. Hounsfield əldə etdiyi uğura görə mükafatlara layiq görüldü. Bunlardan bəziləri aşağıda qeyd olunmuşdur:


1972-ci ildə mühəndislik elmində Nobel mükafatı sayılan MacRobert mükafatı;


1976-ci ildə Nobel tibb mükafatı. Bu mükafatı radioloq James Ambrose ilə paylaşdı.


Tibb sahəsinin nümayəndəsi olmayan, əslində akademik rütbəsi də olmayan Hounsfield sadəlövh elektronika mühəndisi idi. Kəşfi ilə tibbidə çevriliş yaratmış və yeni bir dövr başlatmışdır.

 

Vizuallaşdırma metodları ondan sonra daha da inkişaf etdirildi. SPECT, PET kimi vizuallaşdırma metodları onun yaratdığı prinsip bazasında yaradılaraq tibbin tətbiq sahəsinə daxil edilmişdir. Bir sözlə, dünyada bir çox insan sağlamlığını və həyatını bu şəxsə borcludur deyə bilərik. Bütün insanlığın qurur duyması vacib olan, unudulmaması, xatırlanması və anılması lazım olan böyük elm adamlarından biridir, Hounsfield.

 

Qadir QAFAROV


AzTU-nun “Mühəndis fizikası və Elektronika” 
kafedrasının müəllimi, TEC-in sədri.

 

Xəbər lenti