Logo

Yerdəyişmə müsabiqəsinin sənəd qəbulu yekunlaşıb

17.05.2021 13:35 375 baxış
IMG

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

 

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. 

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

Xəbər lenti