Logo

İsraildə ənənəvi tədris bərpa olunub

19.04.2021 11:18 280 baxış
IMG

İsraildə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılıb.



İctimai yerlərdə tibbi maskaların məcburi taxılması ilə bağlı qanun ləğv edilib. Lakin, şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska taxmaq məcburiyyət olaraq qalır. Bundan başqa, ölkədə ənənəvi tədris tam bərpa edilib.



İsrail Baş naziri Benjamin Netanyahu İsrailin koronavirusla mübarizədə nümünəvi və lider ölkə ölduğunu bildirib.



Israildə əhalinin 54 faizdən çoxu virusa qarşı tam vaksinasiya edilib. 10 milyondan çox insana isə vaksinin birinci dozası vurulub. Virusa indiyəqədər 837 mindən çox insan yoluxub. Onlardan 6 mindən çoxu pandemiyanın qurbanı olub.

Xəbər lenti