Logo

“Heydər Əliyevin dilçilik görüşləri” kitabı çap olunub

16.09.2023 20:32 150 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin “Heydər Əliyevin dilçilik görüşləri” kitabı çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçisi professor Tofiq Hacıyevdir. Heydər Əliyevin 100 illiyinə töhfə olan kitabda azərbaycançılıq məfkurəsinin banisi, görkəmli dövlət xadiminin Azərbaycan dili və dilçiliyinin inkişafında tarixi xidmətləri elmi cəhətdən araşdırılır, qarşısında duran əsas məsələlər təhlil süzgəcindən keçirilir. Nəşrdə xalqımızın milli varlığını yaşadan Azərbaycan dilinin dövlət dili kimi inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vurğulanır.

“Heydər Əliyev və Azərbaycan dilinin funksional inkişafı” adlı birinci fəsildə müstəqillik illərində Azərbaycan dilinə Heydər Əliyevin qayğısı, dil siyasəti və ortaq türk əlifbası barədə danışılır. “Heydər Əliyevin Vətən konsepti” adlı ikinci fəsildə isə dünyanın dil mənzərəsində Vətən konsepti, Vətən ictimai-siyasi xadimin gözü ilə, qloballaşan dünyada Vətən konsepti - azərbaycançılıq nümunəsi təhlil olunub.

Xəbər lenti